Türkiyədə qatar qəzasında ölənlərin sayı 11-ə çatdı
12:00 / 13.12.2018
3199
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində ölənlərin sayı 11-ə, yaralıların sayı isə 47-yə çatıb.
***
11:45
Türkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 7-yə, yaralıların sayı isə 46-ya çatıb.
"Haber7” xəbər verir ki, xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır.
Ölənlərdən biri sürətli sərnişin qatarının maşinisti, 6-sı isə sərnişindir.
Qatarda ümumilikdə 206 sərnişin olub.