Komitə sədri işdən çıxarıldı - İNANILMAZ SƏBƏB

Komitə sədri işdən çıxarıldı - İNANILMAZ SƏBƏB
 Ukrayna Nazirlər Kabineti Dövlət Memarlıq və Tikinti Komitəsinin sədri  Aleksey Kudryavtsev vəzifəsindən azad edilib.
 
 Nazirlər Kabineti bunu A. Kudryavtsevin dövlət qulluqçusu andını pozması, ali təhsil barədə saxta diplom təqdim etməsi ilə izah edib.
 
İlkin araşdırmaya əsasən, A. Kudryavtsev 1997-ci ildə Moldova Texniki Universitetində verilmiş diplom saxtadır.
 
A. Kudryavtsev isə vəzifəsindən azad edilməsinin səbəbinin  tikinti sahəsində "gizli korrupsiya sxemi”nə zərbə vurması olduğunu bəyan edib. O, diplom ətrafında qaldırılan səs-küyün də bəhanə olduğunu vurğulayıb.
 
Qeyd edək ki,  A. Kudryavtsev 26 iyun 2015-ci ildə Dövlət Memarlıq və Tikinti Komitəsinə sədr təyin edilib.fed.az

OXŞAR XƏBƏRLƏR