Ölkədə iri sənaye müəssisələrinin meydana çıxması üçün nə etməli? - Ekspert rəyi

Ölkədə iri sənaye müəssisələrinin meydana çıxması üçün nə etməli? - Ekspert rəyi
"Həyatı işlək layihələr təqdim olunarsa, həm xaricdən iri sənayeçilər bura gələr, həm də yerli iri sənaye müəssisələri yarana bilər”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda iri sənaye müəssisələrinin yaradılması və bu sahə üzrə iri istehsalçıların meydana çıxması üçün hansı addımların atılmalı olduğuna münasibət bildirərkən iqtisadçı ekspert Yaşar Əsədov deyib:
 
"Bütün hallarda həm xaricdən iri sənaye istehsalçılarının ölkəmizə gəlişi, həm də bu sahədə yerli iri zavodların meydana çıxması üçün ilk növbədə geniş marketinq işləri aparılmalıdır. Bazar araşdırılmalıdır. Çünki əsas məsələ bazarda satışın təşkili və ona tələbatla bağlıdır. Yalnız bundan sonra iri müəssisələrin yaradılması barədə düşünmək olar. Yəni bu istiqamətdə işlər hazır və etimad doğuran layihələr əsasında görülməlidir ki, investorlar da ölkəmizdə iri sənaye müəssisələrinin yaradılmasında maraqlı olsunlar. Həyatı işlək layihələr təqdim olunarsa, həm xaricdən iri sənayeçilər bura gələr, həm də yerli iri sənaye müəssisələri yarana bilər. Amma hər halda düşünürəm ki, Azərbaycan daxilində yerli istehsalçılar hesabına iri sənaye müəssisələrinin yaradılması və onların fəaliyyət göstərməsi çox çətindir. O baxımdan ki, hazırda dünyada güclü rəqabət var. İnnovasiyalar, texnologiyalar o qədər inkişaf edib ki, iri sənaye müəssisəsi yaradıb dünya üzrə ciddi rəqabətə qoşulmağımız mümkünsüz ola bilər. Yalnız kənd təsərrüfatı sahəsində iri yerli müəssisələrin yaradılması istiqamətində nəsə etmək olar. Ən yaxşısı dünyada tanınan iri şirkətlərin Azərbaycanda bölmələrinin açılmasıdır. Məsələn, elektromaqnit istehsal edən TESLA şirkətinin ölkəmizdə filialı açıla bilər. Həmin zavodun burada filialının açılması ilə ətrafdakı sektorların da inkişafına nail ola, müəyyən ehtiyat hissələrinin istehsalını təmin edə bilərik. Azərbaycanda iri müəssisə adı altında hansısa rentabelli olmayan avtomobil istehsalını həyata keçirməkdənsə, avtomobilin müəyyən detal və hissəsini isitehsal edən zavodun açılması daha məqbuldur”.
 
Həmsöhbətimizin fikrincə, əsas məsələ bu istiqamətdə yerli iri müəssisələrin yaradılması deyil, həmin zavonun istehsal etdiyi məhsullara ehtiyacın olub-olmayacağı məsələsidir:
 
"Həmin məhsullar qiymət və rəqabət baxımından xaricin iri müəssisələrilə rəqabət aparmaq gücündə olmalıdır. Hazırda isə Azərbaycanda elə də böyük hasilat işləri aparılmır”.
 
Qeyd edək ki, Azərbaycanda neft sənayesini çıxmaq şərtilə digər sahələr üzrə iri sənaye müəssisələri demək olar ki, yox dərəcəsindədir. Bu fonda iri sənaye istehsalçıları təbəqəsi də formalaşmayıb. Başqa bir tərəfdən, bu istiqamətə xarici iri sənayeçilərin cəlb edilməsi məsələsində də ciddi irəliləyişlər yoxdur. Halbuki, sovet dönəmində Azərbaycanda çoxsaylı iri sənaye müəssisələri fəaliyyət göstərirdi. Hansı ki, onların hər birində 2 mindən 5 minə qədər işçi çalışırdı. Mövcud vəziyyət ölkəmizdə əvvəlki ənənələrin bərpasını, müxtəlif sahələr üzrə rentabelli iri sənaye müəssisələrin yaradılmasını diqtə edir.
 
ELÇİN
Sfera.az










OXŞAR XƏBƏRLƏR

"Səs Azərbaycan"ın keçmiş üzvü ABŞ-də faciəli şəkildə vəfat etdi

Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.   Sfera.az bildirir ki, bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Face...

Kanalda batan yeniyetmənin meyiti iki gün sonra tapıldı

Beyləqanda iki gün əvvəl kanalda batan 14 yaşlı şəxsin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat ...

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.   Qurumdan Sfera.az-a bildirilib ki, bu gün ...

FHN bu bazarı bağladı- VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zə...

"Dedilər ki, Azərbaycana səfər təhlükəli ola bilər"

İran Prezidenti Məsud Pezeşkian Azərbaycandan qayıtdıqdan sonra hökumət nümayəndələri və jurnalistlər qarşısında çıxış edib.   Sfera.az xəbər verir k...

Bu BÜRCLƏRİN əlinə tezliklə çoxlu pul gələcək

Bürcün bəzi əlamətləri yaxın gələcəkdə maliyyə vəziyyətində əhəmiyyətli yaxşılaşma gözləyə bilər.    Sfera.az-ın məlumatına görə, bəziləri üçün ...