Tramp: “Mən bu işə müdaxilə edə bilərəm”
17:30 / 12.12.2018
2519
ABŞ Prezidenti Donald Tramp Çin ilə ticarət məsələsində razılığa gəlməyə kömək edəcəksə, "Huawei Technologies Co." şirkətinin maliyyə direktrou Meng Wanzhounun ekstradisiya işinə müdaxilə edə biləcəyini söyləyib.
Tramp "Reuters"ə verdiyi açıqlamada, "Çox əhəmiyyətli bir hadisə olan və milli təhlükəsizlik üçün çox yaxşı olan, tarixin ən böyük ticarət sazişi üçün yaxşı olacağını düşünsəm, müdaxilə edəcəyəm" deyib.
Meng bu ayın əvvəlində ABŞ-ın tələbi ilə, İrana qarşı sanksiyaları pozduğu ittihamı ilə Kanadada saxlanılıb. Meng Çərşənbə axşamı günü, Kanada məhkəməsi tərəfindən 7.5 milyon dollar girovla şərti sərbəst buraxılıb və ekstradisiya məhkəməsinədək Vankouvrdaki evinə qayıtmasına icazə verilib.
Mengin həbs olunması, onsuz da pis olan ABŞ-Çin münasibətləri üçün yeni bir təhlükə yaradıb.