Strasburqda etiraz aksiyalarına qadağa qoyuldu

15:37 / 12.12.2018
1433
Strasburqda mitinqlərin keçirilməsinə qadağa qoyulub.
Bunu Fransa DİN-in dövlət katibi Loran Nunyes deyib.
Xatırladaq ki, çərşənbə günü axşam saatlarında Şərif Ş. adlı şəxs Strasburqda Milad bayramı ilə əlaqədar təşkil olunan yarmarkanın yaxınlığında insanlara atəş açıb.
Son məlumatlara görə, hadisə nəticəsində 3 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Cinayətkar polislə atışmada yaralansa da, taksiyə minərək qaçmağa müvəffəq olub.