Polşanın "sarı jiletlər"i yolu bağladı

Dünya
14:47 / 12.12.2018
2263
Polşanın paytaxtı Varşava yaxınlığında "sarı jilet" geymiş fermerlər avtomobil yolunu bağlayıb.
Xatırladaq ki, Fransada bir aya yaxındır ki, "sarı jiletlər”in etiraz aksiyaları davam edir.
Fermerlər Afrika taunu ilə əlaqədar məhv edilən donuzlara görə təzminat verilməsini istəyir.
Aksiya ilə əlaqədar avtomobil yolunda 5 kilometrlik tıxac yaranıb.