"Rektorların 5 il müddətinə seçilməsi şəffaflığı artıracaq" - Şəmsəddin Hacıyev

"Belə bir fərmanın imzalanması zərurətdən irəli gəlir”.
 
Sfera.az-a açıqlamasında bu sözləri dövlət ali təhsil müəssisələrində rektorların 5 il müddətinə təyin edilməsi barədə dövlət başçısı tərəfindən verilən fərmana münasibət bildirərkən Milli Məclisin Təhsil və Elm Komitəsinin üzvü Şəmsəddin Hacıyev deyib.
 
Onun fikrincə, atılan bu addım təhsil sistemində şəffaflığın, obyektivliyin, məsuliyyətin artmasına təkan verəcək:
 
"Vaxtilə rektorların kollektiv tərəfindən seçilməsi məsələsi ciddi müzakirə mövzusu olmuşdu. Hələ o vaxtlar istəyirdik ki, rektor seçimi də seçki ilə olsun. Yəni Elmi Şura və yaxud kollektivin ümumi yığıncağı tərəfindən universitet rəhbərinin seçilməsi məsələsi o zamanlar da gündəmdə idi. Bir zamanlar bu istiqamətdə addım da atıldı. Ancaq bu fonda universitet kollektivinin iki lagerə bölündüyünün şahidi olduq. Bu fonda həmin dövrdə görünən məqam ondan ibarət oldu ki, cəmiyyətimiz hələlik bu prosesə hazır deyil. Ancaq keçən 15 il ərzində Azərbaycan bütün sahələrdə ciddi uğurlara imza atıb. O cümlədən cəmiyyətimizin demokratikləşməsi istiqamətində də mühüm addımlar atılıb. İndiki cəmiyyətimiz artıq xeyli inkişaf edib. İnsanlar dəyişib, münasibətlər sistemində də ciddi dəyişiklik baş verib. Bu mənada hesab edirəm ki, çox tərəqqipərvər bir fərmandır. Dəstəkləyirəm. Həmin addım təhsil sistemində şəffaflığın, obyektivliyin, məsuliyyətin artmasına rəvac verəcək. Yaxın gələcəkdə atılan bu addımın təhsilin keyfiyyəti sahəsində də işin xeyrinə olacağının şahidi olacağıq”.
 
Qeyd edək ki, bundan sonra Azərbaycanda dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin ediləcək. Azərbaycan Prezidenti İlham Əliyev "Təhsil haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunub ki, dövlət ali təhsil müəssisəsində rektor 5 il müddətinə təyin edilir.
 
ELÇİN 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tir...

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.   Sfera.az xəbər verir ki, bu ...

Fransızlar üzr istədi - Eyfelə görə...

Fransada şiddətli istilər səbəbindən Eyfel qülləsinin zirvəsi iki günlüyünə turistlərin ziyarətinə bağlanıb. Rəsmilər vətəndaşlara və turistlərə günəşdən qorunm...

Şuşada mühüm tədbir başladı

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənay...

Bu gün bürcləri nə gözləyir? - QOROSKOP

Bu gün ulduzlar hər bürc üçün fərqli enerjilər və mesajlar gətirir. Kimisi keçmişlə üzləşir, kimisi isə yeni fürsətlərin qapısını açır. İş, sevgi və şəxsi həyat...

Yekaterinburq məhkəməsi daha bir azərbaycanlının həbs müddətini uzatdı

Yekaterinburq şəhərinin Leninski Rayon Məhkəməsi, istintaqçının təqdim etdiyi vəsatəti nəzərdən keçirərək azərbaycanlı Şahin Məmmədəli oğlu Lalayev barəsində hə...