Rusiya Yaponiya ilə müharibəyə başlayır?
13:12 / 11.12.2018
1760
Rusiya S-400 raket müdafiə sistemlərini Yaponiya ilə mübahisəli sərhəd zolağına yerləşdirib.
Sfera.az xəbər verir ki, Rusiya, Mesajovsk ərazisində S-400 raket müdafiə sistemlərinin ilk hissəsini yerləşdirib. Rusiya Müdafiə Nazirliyinin Şərqi Hərbi Dairəsinin verdiyi məlumata görə, yeni təqdim olunan S-400 test təlimləri üçün bu əraziyə yerləşdirilib. Test təlimlərinin müvəffəqiyyətlə keçdiyi açıqlayan Rusiya tərəfi Yaponiya ilə hər hansı bir münaqişəyə girmədiklərini açıqlayıblar.
Noyabr ayında Xabarovsk ərazisinə ilk S-400 sistemi qurulmuşdu. Yaponiya və ABŞ, Yaponiya sərhədinə raket mühafizə sistemlərinin qurulmasını təhdid adlandırıb. Yaponiyanın baş naziri Şinzo Abe, Rusiyanın bu addımını anlamadıqlarını açıqlayıb.