“O adamlara partiyamızda yer yoxdur” - Ərdoğan

“O adamlara partiyamızda yer yoxdur” - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Dünya İnsan Haqqları Günü ilə bağlı "İnsanlıq Mədəniyyəti" proqramı çərçivəsində AK partiyanın təşkil etdiyi konfransda çıxış edib.
 
Sfera.az xəbər verir ki, Ərdoğan çıxışında dünya ölkələrinin ikili siyasət yürütdüyünü açıqlayıb. "Bu gün BMT-nin Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 10-da səs verən İnsan Hüquqlarının Universal Bəyannaməsinin qəbulunun 70 illiyidir. Bizdə bir hadisə baş verən kimi bizi hədəfə alırlar. Fransada baş verənlər insan hüquqlarının pozulması deyil? Türkiyəyə milyonlarla sığınacaq axtaran şəxslər axın edərkən Türkiyəni qapıları açmağa dəvət edənlər, nədənsə qaçqınları qəbul etmədirlər. İnsan haqları deyən Avropa ölkələri özləri insan haqlarını tapdalayır.”-deyə Ərdoğan bildirib.
 
Ərdoğan daha sonra AK partiyada olanlara səslənib:
 
”AKP-nin damı altında, təkəbbür və şöhrət bataqlığına düşənlərə yer yoxdur. Bizim işimizə əngəl olanları partiyadan xaric edəcəyik”.
 
Seymur
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR