Türk əsgərinin yeni qoruyucusu təqdim edildi - FOTO

Türk əsgərinin yeni qoruyucusu təqdim edildi - FOTO
Türkiyə Silahlı Qüvələri yeni qoruyucu Trobot müşahidə qurğusunu arsenalına qəbul edilib.
 
Sfera.az Türkiyə mətbutına istinadən xəbər verir ki, yeni texnologiyalarla hazırlanan Trobot kəşf və müşahidə etmə qabiliyəti ilə diqqət çəkir. Türkiyə Silahlı Qüvələri ilə yanaşı bu müşahidə aparatı Jandarm Qüvvələrinin də arsenalına qəbul edilib. 1.5 kiloqram çəkisi olan əməliyyat kamerası avtomobillərdə, həmçinin keçilməz yerlərdə quraşdırılan bombaların yerini təyin edəcək və xüsusi görüntü vasitəsilə komanda qərargahına ötürəcək. Yeni Trobotların üstünlüyü ondadır ki, onlar gecə və gündüz işləyə biləcək. HayZek Müdafiə direktoru Nəzmi Türkeş, Trobot adlı bu əməliyyat kamerasnın funksiyası haqqında belə deyib:
 
"Məhsulumuz 4 saat enerji saxlayan litium batareya ilə təmin edilib. Polad gövdə və alüminium quruluşa sahibdir. Plastik təkərlər mühitə görə dəyişdirilə bilər. Yüksək yerlərə çıxması üçün məhsulun təkərləri dırmaşmağa uyğun olacaq şəkildə dəyişdirilə bilər".

Seymur
Sfera.az
  

OXŞAR XƏBƏRLƏR