Serj Sarkisyanın qardaşı oğlu tapıldı: Amma adı Franklin Gonzalezdir

Serj Sarkisyanın qardaşı oğlu tapıldı: Amma adı Franklin Gonzalezdir
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın beynəlxalq axtarışda olan qardaşı oğlu Narek Sarkisyan tapılıb. Erməni mətbuatının yazdığına görə Narek Sarkisyanın ekstradisiyası təşkil etmək məqsədilə Baş Prokurorluğa tapşırıq verilib.

Sfera.az xəbər verir ki, Ermənistanın hüquq-mühafizə orqanları, həmçinin İnterpol Milli Bürosunun axtarışlarından sonra Narek Sarkisyan Praqada tapılıb. Çexiya polisi Narek Sarkisyanı həbs etsə də, rəsmi Praqa onu Ermənistana verməyi düşünmür. Çünki tutularkan Narek Sarkisyanın üzərindən çıxan pasportda Qvetemala vətəndaşı Franklin Gonzalez olduğu göstərilib. Çexiya hüquq mühafizə orqanları erməni hüquq mühafizə orqanlarının müraciətinə cavab verərək, araşdırma aparıldığını bildirib. Xatırladaq ki, Serj Sarkisyanın qardaşı Aleksandrın oğlu olan Narek Sarkisyana qarşı iyunun sonunda cinayət işi başlanıb. O, silahların, döyüş sursatlarının, partlayıcı maddələrin, habelə narkotik maddələrin alınması, saxlanması, satışı və daşınmasında təqsirləndirilir.
 
Anar
Sfera.az

OXŞAR XƏBƏRLƏR