Gürcüstan Prezidentinin kürəkəni saxlanılıb

Gürcüstan Prezidentinin kürəkəni saxlanılıb
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinın ögey qızının vətəndaş nikahında yaşadığı Mindiya Qoqoçuri Tbilisidə silah gəzdirmə ittihamı üzrə xüsusi əməliyyat zamanı saxlanılıb.

Bu barədə "Rustavi2" telekanalı məlumat yayıb.

Polis ümumilikdə 2 nəfəri saxlayıb. Telekanalın məlumatına əsasən, xüsusi əməliyyat başladıqdan sonra şübhəlilər silahlarını mənzillərin eyvanından aşağı atmağa başlayıblar. M.Qoqoçuri Amaşukeli prospektindəki bu mənzili kirayəyə götürüb.

Xüsusi əməliyyat dünən gecə keçirilib.

Qeyd edək ki, M.Qoqoçuri ilk dəfə ictimaiyyətin diqqət mərkəzinə düşmür. O, iyul ayında ayağından üç bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Daha əvvəl, 2017-ci ilin yanvarında isə Qoqoçuri güllə yarası alıb.

Xatırladaq ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin səlahiyyətləri sona çatmaqdadır. Ölkənin beşinci Prezidenti Salome Zurabişvilinin inauqurasiyası dekabrın 16-da keçiriləcək./report
 

OXŞAR XƏBƏRLƏR

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırladı

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl haz...

Cinayət törətmək üçün məşhur aktyora bənzəməsindən istifadə etdi

İtaliyanın Roma şəhərində 60 yaşlı zibil yığan Ubaldo Manuali ağırlaşdırılmış cinsi təcavüz və seksual xarakterli şəkillərin qanunsuz yayılması ittihamı ilə 9 i...

Lənkəranda gənc oğlan öldürüldü, saxlanılan var

Oktyabrın 17-si saat 22 radələrində Lənkəran şəhəri ərazisində 2000-ci il təvəllüdlü Elnur Cəfərova kəsici alətlə xəsarətlər yetirilməsi və nəticədə yerləşdiril...

Depressiya bu xəstəliyə gətirib çıxarır - XƏBƏRDARLIQ

Elmi araşdırmalar depressiyadan əziyyət çəkən insanların 2-ci tip diabet inkişaf riskinə daha çox həssas olduğunu müəyyən edib.   Sfera.az xəbər verir ...