Bu dəfə Putin oyuna girir... - Vəliəhdlə ANLAŞMA

Bu dəfə Putin oyuna girir... - Vəliəhdlə ANLAŞMA
ABŞ prezidenti Donald Trampın Səudiyyə kralı əlbir olub neftin qiymətini kəskin aşağı salmasından sonra oyuna Rusiya prezidenti Vladimir Putin daxil olur.
 
Argentinada bu gün işə başlayan G20 sammiti çərçivəsində Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi , müxalif jurnalist Camal Xaşoginin öldürülməsinə görə hədəfdə olan Məhəmməd bin Salmanla görüşündə hasilatın artırılması barədə razılıq əldə edəcək. Bu razılaşmanın dekabrın əvvəllərində Vyanada keçiriləcək OPEC+ toplantısında rəsmiləşdiriləcəyi gözlənilir.

Bu xəbərlərdən sonra dünya bazarlarında bareli təxminən 58 dollara qədər ucuzlaşan "Brent” nefti yenidən bir qədər bahalaşıb, amma 60 dolları keçə bilməyib. Oktyabrın əvvəllərindən isə "Brent” markalı neft 30 faizə qədər ucuzlaşıb. Əgər hasilatın artırılması barədə Putin-Salman anlaşması rəsmiləşərsə analitiklər qiymətin yenidən 70 dollara qədər arta biləcəyini təxmin edir.

"Reuters” xəbər verir ki, Moskva Vyana toplantısı ərəfəsində OPEC ölkələri ilə hasilatın azaldılmasına dair yeni anlaşma barədə danışıqlar aparır. Əsas danışıqlar Səudiyyə Ərəbistanı il gedir, amma müddət və ixtisarın həcmi barədə məlumat yoxdur. Noyabrın 27-də isə Rusiyanın energetika naziri Aleksandr Novak neft şirkətlərinin bosslarını kabinetinə toplayıb və onlarla OPEC+ razılaşmasının gələcəyini müzakirə edib.

Bu razılaşma OPEC üzvü olan və olmayan neft ölkələrinin hasilatın həcmini gündə 1.5 milyon barrel azaltmasını nəzərdə tuturdu. Həmin razılaşma sayəsində bir vaxtlar 50 dollardan da aşağı enən neft yenidən bahalaşdı və bir neçə ay əvvələ qədər 80 dollardan da baha satılırdı. Anlaşmanın əldə edilməsində Putinin həlledici rolu vardı, çünki Rusiya prezidenti Səudiyyə Ərəbistanı kralını öz tərəfinə çəkməyə nail olmuşdu.

Neftin bahalaşması sayəsində Rusiya iqtisadiyyatı az da olsa dirçəldi, rublun dəyərdən düşməsi prosesi qismən dayandı. Amma indi Tramp Tvitter-də lovğalanır ki, o, ABŞ-ın müttəfiqi Səudiyyə Ərəbistanı ilə neft hasilatının artırılması üçün anlaşdı və nəticədə qiymətlər kəskin aşağı düşdü. Belə vəziyyət isə günü-gündən sərtləşən sanksiyaların təsiri altında olan Rusiya iqtisadiyyatı üçün heç də arzuolunan deyil. Və əlbətdə ki, Putini ciddi narahat etməlidir. Nəticədə Putin Xaşoginin öldürülməsinə görə hakimiyyəti laxlayan vəliəhdlə anlaşır və dekabrın 6-da Vyanada hasilatın azaldılmasına dair yeni razılaşmanın əldə olunmasına çalışır.

Amma Tramp da sürprizləri xoşlayır. Məsələn o, G20 sammitində Putinlə görüşünü praktiki olaraq təyyarəyə oturarkən ləğv edib. Bu baxımdan məlum deyil ki, OPEC+ razılaşmasının gələcəyi ilə bağlı kralın özünün qərarı necə olacaq.

Hələlik isə neft treyderləri gözləmə mövqeyindədir və Argentinadan gələcək xəbərləri gözləyirlər. Nəticədə neftin qiyməti 60 dollardan bir qədər aşağıda nisbi sabitləşib. Əgər Putin-Salman görüşünün nəticəsi olaraq hasilatın azaldılması qərarı rəsmən açıqlanarsa gözlənilir ki, qiymətin artma tendensiyası başlayacaq.
 
/Virtualaz.org
 


 

OXŞAR XƏBƏRLƏR

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...