İndoneziyada 110-dən çox məhbus həbsxanadan qaçdı

Dünya
16:49 / 30.11.2018
2308
İndoneziyada 110-dən çox məhbus həbsxanadan qaçıb.
Yerli KİV məhkumların həbsxanada qiyam qaldırdığını yazır.
Fakt Sumatra adasında Açex vilayətində qeydə alınıb.
Ədliyyə və İnsan Haqları Nazirliyinin nümayəndəsi ən azı 113 məhkumun ötən gün pəncərədəki barmaqlıqları qırdığını bildirib.
Polis hələ ki yalnız 4 məhbusu tuta bilib. Digərlərinin axtarışı davam edir.