Zurabişvilidən Saakaşviliyə ağır ismarıc

Zurabişvilidən Saakaşviliyə ağır ismarıc
Saakaşvili Gürcüstana yad adamdır.

Bunu BBC-nin Rusiya xidmətinə müsahibəsində Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili deyib.

"Mixail Saakaşvilinin geri dönmək üçün məndən xahiş edəcəyinə şübhə edirəm. Ona görə ki, ilk növbədə ona qarşı açılan cinayət işini həll etməliyik. Bu, vətəndaşlıq məsələsi deyil, ilk növbədə ədalətin təcəssümü məsələsidir.

Onun polis, hərbçiləri xalqın tərəfində yer almağa səsləyən dünənki və bugünkü bəyanatları arasında aydın problemlər var. O, bu ölkə ilə əlaqəsini itirib. Bugünkü gün o, ölkədə destabilizasiyaya səsləyən əcnəbidir. Bu ölkənin hazırda ehtiyacı olmadığı ən böyük şey qeyri-stabillikdir. İnsanların seçkidə verdiyi səslər stabillik və Gürcüstanın Avropa gələcəyi üçün idi. Məhz buna görə mən buradayam”, – deyə o bildirib.

O, bu seçkinin Vaşadze ilə onun arasında yox, İvanişvili ilə Saakaşvili arasında keçirilməsi iddialarına da aydınlıq gətirib:

"Bu, Avropa diplomatıyla sovet diplomatı arasındakı seçimdir. Bu həmçinin insanlara qarşı sərt rejim olan keçmiş Saakaşvili ilə başında İvanişvilinin dayandığı Gürcü Arzusu arasındakı seçim idi”. (Axar.az)
 

OXŞAR XƏBƏRLƏR

Leysan, dolu, şimal-şərq küləyi... - Sabahın havası AÇIQLANDI

İyunun 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. ...

Qaxda ağır qəza: Xəsarət alanlar var - FOTO

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən k...

Bu gün eşqdə 3 BÜRC şanslı olacaq

Astroloji təsirlər romantik əlaqələri gücləndirmək və yeni münasibətlərə başlamaq üçün ideal atmosfer yaradır, lakin yuxular və reallıq arasında tarazlığı qorum...

DSX-nin hərbi qulluqçusu xəstəxanada öldü

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənli Rasim Raməddin oğlu xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində və...

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Evdə "Wi-Fi" siqnalı zəifdirsə və internetin sürəti sizi bezdiribsə, bahalı təkrarlayıcı və ya provayderə zəng etmədən əvvəl sadə bir üsulu sınaqdan k...

Tramp Milli Qvardiyanı Los-Ancelesə GÖNDƏRİR

ABŞ Prezidenti Donald Tramp iğtişaşları yatırtmaq üçün Kaliforniyaya Milli Qvardiyanın 200 hərbçisinin göndərilməsinə qarşı çıxan ştatın qubernatoru Gavin Nyuso...