Gürcüstanda seçkilər bitdi - İlkin nəticələr

Gürcüstanda seçkilər bitdi - İlkin nəticələr
Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu yekunlaşıb.

Sfera.az "Qafqazinfo”-ya istinadən xəbər verir ki, "Rustavi 2” kanalının sorğusuna əsasən "exit-poll”un nəticələrinə görə,  "Gürcüstan arzusu” partiyasının dəstəklədiyi Salome Zurabişvili səsvermədə liderdir. O, 55% səs toplayıb. Onun rəqibi Qriqol Vaşadze isə 45% səslə ikincidir. 

"İmedi” telekanalının sifarişi ilə "Gallup İnternational” təşkilatının keçirdiyi "exit-poll”un nəticələrinə görə isə, Zurabişvili 58%, Vaşadze 42% səs yığıb. 

Qriqol Vaşadze bu nəticələri qəbul etmədiyini bildirərək məğlubiyyətlə barışmayıb:

"Biz seçkilərin yekun nəticələrini gözləməliyik”.

Qeyd edək ki, seçkilərdə 47,51% seçici səs verib.

OXŞAR XƏBƏRLƏR