İtaliyanın DİN başçısı ekskavatorla mafiyanın villasını uçurdu - VİDEO

İtaliyanın DİN başçısı ekskavatorla mafiyanın villasını uçurdu - VİDEO
İtaliyanın daxili işlər naziri Matteo Salvini Romadakı mafioz klanın villasını uçurmaq üçün özü şəxsən ekskavatorun sükanı arxasına keçib.

Başına kaska taxaraq tikiliyə ilk zərbəni endirən nazir söz verib ki, bütün qanunsuz tikililəri yerlə-yeksan edəcək və cinayətkarları rəhm etmədən təqib edəcək. 

Qeyd edək ki, bu villa nüfuzlu Kazamonika mafioz klanına məxsus olub. Ötən həftə polis onlara məxsus səkkiz dəbdəbəli villanı müsadirə edib. Evin içərisindən narkotik, pullar və zinət əşyaları tapılıb. 
 

OXŞAR XƏBƏRLƏR