Tramp ilk dəfə Əfqanıstana gedəcək

Tramp ilk dəfə Əfqanıstana gedəcək
ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Əfqanıstana gedərək Amerikanın bu ölkədə xidmət keçən hərbçilərinə baş çəkəcək.
 
Bu barədə Tramp özü "The Washington Post” qəzetinə müsahibəsində deyib.

"Lazımi vaxtda mən bunu (Əfqanıstana getməyi) edəcəyəm. Bu, Milad bayramınadək (İsa məsihin doğulması münasibətilə katoliklərin hər il 25 dekabrda keçirdiyi bayram) ola bilər” – Tramp bildirib.

Qeyd edək ki, bu, prezident Trampın Əfqanıstana ilk səfəri olacaq.

Azvision.az xatırladır ki, ABŞ 2001-ci ilin oktyabrından etibarən "Əl-Qaidə” və "Taliban”la mübarizə adı altında Əfqanıstanda anti-terror hərbi əməliyyatlarına başlayıb. Daha sonra BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq Əfqanıstanda təhlükəsizliyi təmin emək üçün ölkədə NATO-nun komandanlığı altında beynəlxalq missiya (ISAF) öz işinə başlayıb. ABŞ-ın başçılığı ilə koalisiya və ISAF Əfqanıstandakı "Taliban” silahlı hərəkatı və "Əl-Qaidə” terror təşkilatı ilə mübarizə aparır. 2014- cü ildə NATO ölkələrinin hərbi kontingenti Əfqanıstandan çıxarılıb və 2015-ci ilin 1 yanvarından etibarən hərbi əməliyyatlar qeyri-hərbi "Qətiyyətli dəstək” misiyası ilə əvəzlənib.

Əfqanıstanda 17 il sürən müharibələrə 720 milyard dollara yaxın pul xərcləyən ABŞ indiyədək Əfqanıstanda 2400-dən çox hərbçisini itirib.

 

OXŞAR XƏBƏRLƏR