Moskvada elə qar yağdı ki... - 6 reys təxirə salındı, 15-i gecikir

Moskvada elə qar yağdı ki... - 6 reys təxirə salındı, 15-i gecikir
Moskva aeroportlarında əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq 15-dən çox reys ləngiyir.
 
Yerli vaxtla saat 07:50-ə "Domodedovo" hava limanında iki reys təxirə salınıb, 7-si gecikib, "Şeremetyevo"da isə 4 reys ləngiyib.
Bundan başqa, "Vnukovo" aeroportunda 4 reys ləğv olunub, 4-ü gecikib.

"Jukovski" hava limanından uçuşların cədvəlində dəyişikliklə bağlı məlumat verilmir.

Qeyd edək ki, qarlı hava şəraiti ilə əlaqədar səhər saatlarında Moskva yollarında tıxac 4 bala çatıb./trend
 

OXŞAR XƏBƏRLƏR