“Qala Sığorta”da “Açıq Qapı Günü”

“Qala Sığorta”da “Açıq Qapı Günü”
Bu gün "Qala Sığorta” Şirkətində media nümayəndələri üçün "Açıq Qapı Günü” keçirilib.
 
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən "Marja"ya verilən məlumata görə, media nümayəndələri şirkətdəki iş prosesi və göstərilən yüksək keyfiyyətli sığorta xidmətlərləri ilə tanış olmazdan əvvəl şirkətin İdarə Heyətinin sədr müavini və İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi ilə görüşüblər.
 
Görüşü giriş sözü ilə açan şirkətin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elnur Hüseynquluyev "Açıq Qapı Günü”nün "Qala Sığorta”da şirkətində ilk dəfə təşkil olunduğunu və bunun məqsədləri barədə danışıb.
 
Daha sonra şirkətin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov çıxış edib. O bildirib ki, belə bir tədbirin təşkil edilməsində əsas məqsəd ictimaiyyəti, eləcədə media nümayəndələrini şirkətimizin fəaliyyəti, şirkətdə baş verən yeniliklərlə bağlı məlumatlandırmaqdır: "Biz bu tədbiri təşkil etməklə media işçilərini struktur bölmələrimizin işi ilə daha yaxından tanış edirik, onlara  göstərdiyimiz sığorta xidmətləri barədə məlumatlar veririk. Düşünürəm ki, bu cür görüşlər tez-tez təşkil edilməlidir. Çünki bu görüşlər ictimaiyyətin sığorta sahəsinə olan marağının artırılması ilə yanaşı, onların sığorta biliklərinin yüksəlməsinə, maarifləndirilməsinə köməklik göstərmiş olur. Şirkət hazırda KİV-lə münasibətlərini yüksələn xətlə inkişaf etdirir. Bu əməkdaşlıq əlaqələri növbəti illərdə də uğurla davam etdiriləcək”.      
 
Tədbir zamanı "Qala Sığorta” şirkəti ilə yaxından əməkdaşlıq edən bir neçə KİV nümayəndəsinə müxtəlif nominasiyalar üzrə təşəkkürnamə və şirkətin xüsusi hədiyyələri təqdim edilib.  
 
Görüşün sonunda T.Yunsurov KİV nümayəndələrinin suallarını cavablandırıb.  
 
Daha sonra media nümayəndələri "Qala Sığorta” şirkətinin müxtəlif department və şöbələrin, o cümlədən maliyyə departamenti, sığorta hadisələri şöbəsi, insan resursları, anderraytinq, çağrı mərkəzi, satış blokunun və digər struktur bölmələrin iş prosesi ilə yaxından tanış olublar.  
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...