Təcavüzə məruz qalan 15 yaşlı qız xəstəxanada daha bir şok yaşadı - Xəstəxanada da təcavüzə uğradı

Təcavüzə məruz qalan 15 yaşlı qız xəstəxanada daha bir şok yaşadı  - Xəstəxanada da təcavüzə uğradı
Hindistanın Jharkhand əyalətinin Jamshedpur şəhərində bir neçə gün əvvəl təcavüzə uğrayan 15 yaşlı qız, polis tərəfindən müalicə üçün xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırma başladığı bir vaxtda, 15 yaşlı qıza xəstəxananın təhlükəsizlik əməkdaşları təcavüz ediblər. İki təhlükəsizlik işçisi həbs edilib. 

Polis səlahiyyətlisi Anoop Mathew, baş verənlərlə bağlı istintaqın davam etdiyini bildirib. Əyalətin siyasi liderlərindən olan Raghubar Das isə hadisənin yaşandığı xəstəxanaya gələrək, adı açıqlanmayan qızı ziyarət edib. 

Qeyd edək ki, Hindistanda təkcə 2014-ci ildə  36 min 735 təcavüz hadisəsi yaşanıb.

OXŞAR XƏBƏRLƏR