Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq

Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq
Sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq.

Sfera.az bildirir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib. 

"Biz dənizləri neft-qaz kəmərləri ilə birləşdirdik. Tarixdə ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə, Aralıq dənizi ilə neft kəmərləri vasitəsilə birləşdi. Bizim təşəbbüsümüzlə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft və qaz kəmərləri inşa edildi. Enerji təhlükəsizliyi baxımından Azərbaycan nəinki regionda, dünya miqyasında önəmli ölkəyə çevrildi. Hazırda Cənub Qaz Dəhlizinin icrası ilə bağlı böyük işlər görülür və sabah Cənub Qaz Dəhlizinin rəsmi açılışı olacaq. Bu da böyük tarixi qələbəmizdir”, - deyə dövlət başçısı bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın təbii qaz resursları ən azı 100 il bundan sonra bizə və bizdən bu əməkdaşlıq nəticəsində faydalanan ölkələrə kifayət edəcək: "Amma buna baxmayaraq, biz yenə də qabağa baxmalıyıq. Biz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişaf strategiyasını təmin etməliyik. Bu məsələ ilə bağlı bizim çox aydın fikirlərimiz, baxışlarımız var”.


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...