Neft 75 dollara qədər ucuzlaşdı

Neft 75 dollara qədər ucuzlaşdı
Dünya bazarında neftin qiyməti aşağı düşməkdə davam edir.

Hazırda London Birjasında "Brent” markalı xam neftin iyul fyüçerslərinin qiyməti 1,29 dollar, yaxud 1,69% ucuzlaşaraq 75,15 dollar/barel olub.

Nyu-York birjasında keçirilən hərracın nəticələrinə görə, WTI markalı neftin iyul fyüçerslərinin qiyməti 1,66 dollar və ya 2,45% azalaraq 66,22 dolar/ barel təşkil edib.

Ekpsertlər neftin ucuzlaşmasını OPEC+ razılığının şərtlərini yumşaldılması ehtimalı və ABŞ-da aktiv neft quyularının sayının artması ilə əlaqələndirirlər.
 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR