Ən tez varlanan milyarderlər – SİYAHI

22:10 / 26.05.2018
4248
Bir çox milyarderlər sərvət qazanmaq üçün bir ömür işləyiblər, lakin bəzi milyarderlər 1 milyard dolları daha qısa müddətdə qazanıblar.
Siyahıda Cef Bezos kimi onlayn kommersiya pionerləri və Mark Zukerberq və Evan Spiegel kimi texnologiya innovatorları yer alır. Onların hamısı 6 ildən az müddətdə milyarder olublar.
Ən tez varlanan milyarderlər dünyanın ən nüfuzlu biznesmenləri sırasındadırlar.
Siyahıda onlayn kommersiya pionerlərindən tutmuş ən böyük sosial media saytının təsisçilərinə qədər yer alır və onlar biznes dünyasının ən nüfuzlu "oyunçuları” hesab edilirlər.
Ən tez varlanan milyarderləri təqdim edirik. Lakin, onların nəticələrini təkrarlamaq asan iş deyil.
Eduardo Saverin — 1 il
"Facebook”da bir ildən az çalışmağına baxmayaraq, Saverin şirkətdə kiçik paya sahibdir. 2010-cu ildə onun sərvəti 1 milyard dollara yaxın idi və hazırda Saverinin sərvəti 9 milyard dollardan çoxdur.
Evan Spiegel və Bobby Murphy — 3 il
2014-cü ilə qədər onların səhmləri sərvətlərini 1 milyard dollardan çox elədi və gənc startapçılar bir il sonra "Forbes”in milyarderlər siyahısında yer aldı.
Sean Parker — 1.5 il
Parker "Facebook”un ilk prezidenti kimi 2004-cü ildən bir ildən artıq müddətdə çalışıb. O, şirkəti 2006-cı ilin əvvəlində tərk etmiş, lakin tərk edərkən 70 milyona yaxın "Facebook” səhmlərini əlində saxlamışdır. O, "Facebook”un səhmlərinin ilkin kütləvi yerləşdirilməsindən (İPO) öncə 3.5 milyon səhmini satmışdır və bu da onu milyarder etmişdir.
Pierre Omidyar — 3 il
Şirkət 3 il sonra səhmlərinin ilkin kütləvi yerləşdirilməsini (İPO) həyata keçirtdi və bu zaman bir səhmin qiyməti 18 dollar idi. 3 ay ərzində bir səhmin qiyməti 300 dollara qədər artaraq Omidyarı milyarder etdi.
Cef Bezos — 6 il
Onun sərvəti 2000-ci illərin əvvəllərində azalsa da, daha sonra 100 milyard dolları ötərək onu təkcə dünyanın deyil, tarixin ən varlı şəxsi etdi.
Mark Zukerberq — 4 il
Hazırda, Zukerberqin sərvəti 60 milyard dollardan çoxdur./Moneta.az