\"Mayın 26-da doğma kəndimdə heç kim işləməyəcək\"

\
"Liverpul"un futbolçusu Sadio Mane Çempionlar Liqasının finalında "Real"la keçiriləcək oyun barədə danışıb.

 Mane doğma kəndində həmin gün hər kəsin futbola baxacağını bildirib. O, həmkəndlilərinə 300 forma göndərdiyini də bildirib:
"Liverpul"un 300 formasını aldım və doğma kəndimə - Seneqalın Bambali kəndinə göndərmişəm. Mənim valideynlərim indi də orda yaşayırlar.

Mayın 26-da doğma kəndimdə heç kim işləməyəcək. Hamı göndərdiyim qırmızı formaları geyinib ÇL-in finalına baxacaq".
Çempionlar Liqasının finalı mayın 26-da Kiyevdə keçiriləcək./komanda.az
 

OXŞAR XƏBƏRLƏR