Bu məhsullar ucuzlaşacaq, ət isə ... - İqtisadçıdan qiymətlərlə bağlı PROQNOZ

11:17 / 22.05.2018
2181
"Havalar isinməsi ilə əlaqədar olaraq demək olar ki, bütün kənd təsərrüfatı məhsulları ucuzlaşacaq. Məhsulların ucuzlaşması bazarda yaranacaq bolluqla əlaqədardır. Pomidor, xiyar, lobya və digər kənd təsərrüfatı məhsullarının, ağartının qiymətinin enməsi gözlənilir. Lakin ətin qiymətinin enmə ehtimalı daha azdır”.
Sfera.az-a açıqlamasında qarşıdakı aylarda ucuzlaşacaq məhsullar haqda danışarkən iqtisadçı-ekspert Akif Nəsirli belə deyib.
Ərzaq məhsullarının ucuzlaşacağını deyən A.Nəsirli qeyri-ərzaq məhsullarının qiymətinin isə mövsümi amildən asılı olmadığını vurğulayıb:
"Ərzaq, kənd təsərrüfatı məhsullarından fərqli olaraq geyim, sənayə məhsullarının qiyməti mövsümlə əlaqədar deyil. Hətta ilin sonunadək bu məhsullarda qiymət artımı gözləniləndir”.
Nigar Məhərrəm
Sfera.az
