Avtomobil bazarında təkliflərin həcmi azalıb, bəs qiymətlər?

İqtisadiyyat
21:01 / 21.05.2018
2402
2018-ci ilin aprelində Bakının avtomobil bazarında orta qiymət 27 106 manat təşkil edib.
Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, aprel ayında ümumilikdə 1 572 avtomobil satışa çıxarılıb:
"Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 22,5 faiz azalıb. Satışa çıxarılan avtomobillərin 88,2 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 26 394 manat təşkil edib. Dizel mühərrikli avtomobillər bazarın 11,8 faizini təşkil edib, orta qiymət isə 32 409 manat olub. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 67,6 faiz, orta qiyməti 35 543 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 32,4 faiz, orta qiymət 9 725 manat təşkil edib”.