Azərbaycanda bir nəfərin məhsul və xidmətlərə xərclədiyi pul nə qədərdir?

İqtisadiyyat
20:35 / 21.05.2018
2249
2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 13,8 milyard manat olmaqla 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,4 faiz artıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 353 manatlıq və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,6 manat çox dəyərində əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.