Azərbaycan vətəndaşı İstanbulda intihar etdi

Azərbaycan vətəndaşı İstanbulda intihar etdi
Azərbaycan vətəndaşı Türkiyədə intihar edib.

İstanbulda tikintidə işləyən Zaqatala rayon sakini Əlizadə Rüstəm Əfrasiyab oğlunun meyiti iş yerində asılmış vəziyyətdə aşkar edilib.

Yaxınlarının dediyinə görə, intihar hadisəsi bu ilin mart ayında baş verib, lakin onun ölümü ilə bağlı məlumat ailəsinə bir neçə gün əvvəl çatdırılıb.

Yaxınları bildirir ki, R. Əlizadə ötən ilin dekabrında ailəsinə bildirmədən rayonu tərk edib. Yaxınları onun Rusiyaya işləməyə getdiyini düşünüblər. Lakin R. Əlizadənin ailəsi mayın 17-də Azərbaycanın Türkiyədəki səfirliyindən onun intihar etməsi barədə məktub alıb. Mərhumun atası hadisə ilə bağlı məlumat alan kimi dərhal Türkiyəyə gedib.

Araşdırmalar zamanı məlum olub ki, R. Əlizadə martın 7-də intihar edib. Onun asılmış meyiti işlədiyi tikintidə aşkar edilib. 14 gün müddətində R. Əlizadə ilə maraqlanan olmadığı üçün o, kimsəsizlər qəbiristanlığında dəfn edilib.

Artıq bir neçə gündür ki, mərhumun atası onun nəşinin Azərbaycana gətirilməsi üçün Türkiyə tərəfi ilə danışıqlar aparır. Lakin hələlik nəticə əldə olunmayıb.

Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan APA-nın Türkiyə bürosuna hadisə barədə məlumatlarının olduğunu bildiriblər. Qeyd olunub ki, konsulluğun əməkdaşları mərhumun atası ilə görüşərək, ona meyitin Azərbaycana aparılması üçün hansı addımların atılması barədə istiqamət veriblər: "Konsulluq da öz növbəsində bu məsələdə üzərinə düşən bütün vəzifələri yerinə yetirib, bundan sonra da yetirəcək”. 
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Qəbələdə evə silahlı hücum oldu - YENİLƏNDİ

Qəbələdə 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanıb.   Qəbələ rayon prokurorluğundan Sfera.az-a verilən məlu...

"Klublara can yandıran yoxdur, futbolu dövlət nəzarətə götürsün" - Razi Nurullayev

Deputat Razi Nurullayev son günlər müzakirə obyektinə çevrilən Azərbaycan futbolunun uğursuz nəticələri ilə bağlı fikirlərini bölüşüb.   Sfera.az-ın&...

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında dəyişikliklər olacaq

COP29 müddətində Bakı metrosunun hərəkət intervalında müəyyən dəyişikliklər olacaq.   Sfera.az xəbər verir ki, bunu COP29 Nəqliyyat Departamentinin r...

"Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır" - İran XİN başçısı

Regional problemlər dinc, danışıqlar yolu ilə həll olunmalıdır.   Sfera.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xaric...

"Barselona" klubu fırıldaqçının "qurban"ı oldu

İspaniyanın "Barselona" klubu fırıldaqçının "qurban"ı olub.   Sfera.az xəbər verir ki, bu barədə "Cadena Cer" məlumat y...

COP29 dönəmində bu şəxslərə ictimai nəqliyyat pulsuz olacaq - RƏSMİ

COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli vətəndaşlar ictimai nəqliyyatdan pulsuz istifadə edəcək.   Sfera.az APA-ya istinadə...