Gürcüstandan Azərbaycana avtomobil idxalı 5 dəfədən çox artdı

İqtisadiyyat
12:00 / 21.05.2018
2184
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 1 995 ədəd avtomobil idxal edib.
Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir ki, idxal olunmuş avtomobillərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 5,5 dəfə çoxdur.
Hesabat dövründə qonşu ölkədən idxal olunmuş avtomobillərin ümumi dəyəri 36 mln. 778,7 min dollar təşkil edib. İdxal olunmuş avtomobillərin dəyəri ötən illə müqayisədə 3,9 dəfə çox olub.
Sfera.az