\"Roma\" Çingiz Ünderin qiymətini açıqladı

\
"Roma"ya ötən mövsüm "Başakşəhər"dən 13.4 milyon avroya aldığı Çingiz Ünderə gələn təklifləri rədd edib.


 "Monako" və "Arsenal" türk futbolçu üçün İtaliya klubuna rəsmi təkliflə müraciət edib. Fransa klubu Çingiz üçün 35, İngiltərə təmsilçisi 30 milyon avro təklif edib. Lakin "Roma" hər iki təklifi rədd edib. 


Xəbərdə bildirilir ki, 2020-ci ilədək "Roma" ilə müqaviləsi olan 20 yaşlı futbolçu üçün klubu ən azı 50 milyon avro tələb edir.


Qeyd edək ki, Çingiz Ünder bu mövsüm "Roma"nın heyətində 32 rəsmi oyuna çıxaraq 8 qol vurub və 2 məhsuldar ötürmə edib./Fanat.Az 
 

OXŞAR XƏBƏRLƏR