Biabırçı hadisə: düzgün cavablar satılırmış! – İMTAHANLAR TƏXİRƏ SALINDI

Biabırçı hadisə: düzgün cavablar satılırmış! – İMTAHANLAR TƏXİRƏ SALINDI
Mayın 5-də Bakıda keçirilməli olan SAT (Scholastic Aptitude Test) imtahanlarının təxirə düşməsinin ilginc səbəbləri ortaya çıxıb.
 
Sfera.az AzEdu.az-a istinadən xəbər verir ki, imtahanların ləğvi ilə bağlı DİM-dən heç bir izahat verilməyib. Sadəcə tqdk.gov.az saytında belə bir elan yerləşdirilib:

"College Board”- Ali təhsilə qəbul Şurası tərəfindən bu gün keçirilməsi nəzərdə tutulan SAT imtahanları bir neçə ölkədə, o cümlədən Azərbaycanda təxirə salınıb. Yeni imtahan tarixi ilə bağlı əlavə məlumat veriləcəkdir” İmtahanda iştirak edəcək şəxslərin elektron ünvanlarına göndərilən mesajda isə səbəb kimi "security” problemi göstərilib.

Amma məsələ bu qədər sadə deyil. Yayılan məlumata görə, imtahanların təxirə salınmasının səbəbi imtahan suallarının cavablarının bəzi səlahiyyətli şəxslər tərəfindən ələ keçirilməsi və müəyyən məbləğ qarşılığında satılmasının aşkarlanması olub. SAT imtahan suallarının və cavablarının ələ keçirilərək satılmasıula bağlı əvvəlki imtahanlarda müəyyən şübhələr yaranıbmış. Bu dəfə isə SAT-ın Ali təhsilə qəbul Şurası məsələni dəqiqləşdirib və imtahanların ləğv edilməsi barədə qərar qəbul edib.

Abituriyentləri SAT imtahanlarına hazırlayan müəllim - Fərqan Həsənzadə AzEdu.az-a açıqlamasında qeyd olunan ittihamları demək olar ki, təsdiqləyib. Onun sözlərinə görə, cavabların əldə edilib, satılması şübhəsi yaranıb:

"SAT College Board - dan uşaqlara e-mail gəlib. Bir çox ölkədə imtina olunub. Böyük ehtimalla növbəti imtahanda format dəyişəcək. Yeni suallar əsasında təşkil olunacaq”.

Müəllim deyib ki, suallar Amerikada hazırlanır və bura göndərilir:

"Nə baş veribsə burda imtahan mərkəzlərdən birində baş verib. Bizimkilər edib. İldə bir dəfə belə hala rast gəlinirdi”.

SAT imtahanı vermək üçün qeydiyyatdan keçən Ümid Əsədovun sözlərinə görə, imtahandan 1 gün əvvəl, yəni 4 may gecə saat 23:30-da "College board”-dan e-mail gəlib və bundan sonra imtahanlar ləğv olunub:

"Belə bir email gəldi: "Because of the test security matter the exam has been cancelled”. Sonra Azərbaycanda bütün rəsmi test imtahan mərkəzlərində ləğv olundu. Bildiyim qədərilə Misir, Çin və bəzi yerlərdə də imtina ediblər. Sonra yeni poçt gəldi ki, imtahan 19 mayda keçiriləcək. Bu, cavabları pulla əldə edənlərə pis təsir etmiş olar. Çünki gələn imtahanda risk edib satmayacaqlar, bu da onların aşağı bal toplamasına səbəb olacaq. Mayın 19-da keçiriləcək imtahanda yüksək bal toplayanların nəticələri yəqin ki, açıqlanacaq”.

Ümid deyib ki, hesabında imtahan tarixi hələ də 5 may göstərilir: "İkinci göndərilən məktuba bununla bağlı sual göndərdim ki, imtahana əvvəlki qəbul biletini gətirməliyik, yoxsa yenilənəcək? Hələ ki cavab gəlməyib”. Başqa bir abituriyent, soyadının yazılmasını istəməyən Teymurun sözlərinə görə, imtahan suallarının satılmasıyla bağlı sosial şəbəkələrdən məlumat alıb, ona görə də Azərbaycanda imtahan verməkdən imtina edib:

"Cavabların 115 manata satılması haqqında məlumatı sosial şəbəkədə görüb. Sonra isə Türkiyədə imtahan verməyə yollanıb”. Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Azedu.az-a açıqlamasında bildirib ki, imtahan materiallarının təhlükəsizliyini qorunub saxlanması məqsədilə College Board təşkilatı ləğv edib:

"Tək Azərbaycanda deyil, Amerikanın bir neçə ştatında, Belçika, Misir, Birləşmiş Ərəb Əmirliklərində, yəni bir neçə ölkədə təxirə salındı. Səbəb kimi də təhlükəsizlik məsələlərini göstərmişdilər. Təkrar keçirilməsi üçün mayın 19-u müəyyən olundu. Bununla bağlı açıqlama vermişdik”. Cavabların pulla satılması iddialarına gəlincə, mətbuat katibi konkret bir söz deyə bilməyəcəyini söyləyib:

"DİM test mərkəzi kimi ETS (Educational Testing Service) ilə əməkdaşlıq edir. Test mərkəzi kimi çıxış edirik. Azərbaycanda yalnız DİM deyil, bir neçə belə mərkəzlər var”. Qeyd edək ki, SAT (Scholastic Aptitude Test) Amerikada bakalavr təhsili almaq istəyən amerikan və xarici vətəndaşlar üçün nəzərdə tutulan imtahandır. Hazırda gənclər SAT vasitəsilə Türkiyənin prestijli dövlət universitetlərinə, həmçinin ADA Universitetinə də qəbul ola bilərlər. İmtahanının qiyməti Azərbaycanda 86 dollardır. Qiymətlər ölkələrə görə dəyişir. İldə 7 dəfə, ortalama hər iki aydan bir keçirilir.

Qeyd edək ki, SAT (Scholastic Aptitude Test) Amerikada bakalavr təhsili almaq istəyən amerikan və xarici vətəndaşlar üçün nəzərdə tutulan imtahandır. Hazırda gənclər SAT vasitəsilə Türkiyənin prestijli dövlət universitetlərinə, həmçinin ADA Universitetinə də qəbul ola bilərlər. İmtahanının qiyməti Azərbaycanda 86 dollardır. Qiymətlər ölkələrə görə dəyişir. İmtahanlar ildə 7 dəfə, ortalama hər iki aydan bir keçirilir.


OXŞAR XƏBƏRLƏR

Yaşıl Dünya hərəkatında Azərbaycanın rolu

May ayının 15-i bütün dünyada Beynəlxalq İqlim Günü kimi qeyd edilir. Belə bir xüsusi günün təsis edilməsində əsas məqsəd indiki və gələcək nəsillərin rifahına ...

Koronavirus yenidən QAPIDA - Yoluxmalarla bağlı SON RƏQƏMLƏR

Xəbər verdiyimiz kimi, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub. Nazir bu səbəbdən Bakıda keçirilən “Caspian Agro...

İranla ABŞ münasibətləri bundan asılı olacaq - Tramp şərtləri açıqladı

ABŞ Prezidenti Donald Tramp İranla münasibətləri normallaşdırmaq üçün şərtlərdən birini açıqlayıb.  Tramp bildirib ki, İran Yaxın Şərqdəki silahlı qru...

Bu yol tam bağlanacaq - Sürücülərin nəzərinə!

Mayın 17-dən Bakıda bir yol tam bağlanacaq.   Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sfera.az-a verilən məlumata görə mayın 17-si saa...

"İstanbuldakı danışıqların nəticəsi Kiyevdən asılıdır" - Sergey Ryabkov

“İstanbulda Rusiya-Ukrayna danışıqlarının nəticəsi Moskvadan yox, Kiyevə rəhbərlik edənlərdən asılıdır”.    Sfera.az xarici mediaya ...

“Azərlotereya”nın “1001 Sevinc” əşya lotereyası başladı

“Azərlotereya” növbəti möhtəşəm lotereya ilə hər kəsi sevindirəcək. “1001 Sevinc” yeni tirajlı lotereyasında yüzlərlə dəyərli əşyalar sa...