700 bal toplayan Şahxanım Həsənova: \"Atam sürücü, anam isə xadimədir\" - FOTO

700 bal toplayan Şahxanım Həsənova: \
Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

Sfera.az Baku.ws-ə istinadən xəbər  xəbər verir ki, keçirilən imtahanlarda 7abituriyent 700 bal toplayıb. Onlardan biri də Suraxanı rayonu 89 saylı məktəbin şagirdi Şahxanım Həsənovadır.

İlk öncə Şahxanım Həsənovanın təhsil aldığı məktəblə əlaqə saxladıq. Məktəbin direktoru Dadaş Babazadə açıqlamasında bildirdi ki, yüksək nəticə göstərən abituriyent Suraxanı qəsəbəsinin sakinidir. Onun sözlərinə görə, Ş.Həsənova davamiyyətli və dərslərə məsuliyyətli şagird olub.

"Onun bir bacısı Ülkər Həsənova bizim məktəbi bitirib və 580 bal ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olub. Qardaşı Almas Həsənov isə məktəbimizin 7-ci sinifində təhsil alır. Almas da dərslərə məsuliyyətli yanaşır və əlaçıdır", - deyə Dadaş Babazadə bildirib.

Qeyd edək ki, bu il 89 saylı məktəbi bitirən 5 şagirdi yüksək nəticələr göstərib. Məzunlardan Ş.Həsənova – 700 bal, Aytac Məmmədova – 675 bal, Fidan Abdullayev – 634 bal, Bilqeys Ağayeva – 567 bal, Lalə Dadaşova – 524 bal toplayıb. 

İmtahanda yüksək nəticə göstərən Şahxanım Həsənova BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırlıq müddətində məktəbin müəllimlərinin yanına gedib. Onun sözlərinə görə, əlavə müəllim tutmayıb.

"Müəllimlərimdən dəstək və kömək almışam. Dərsdən sonra müəllimlərimin yanına hazırlığa getmişəm", - deyə Şahxanım Həsənova bildirib.

Onun sözlərinə görə, dərs prosesi gərgin olub: "Əyləncəyə yer verməmişəm. Həmişə sosial şəbəkələrdən uzaq olmuşam. İmtahana gedən günü də, səhər yuxudan durub test həll etdim".

Şahxanım Həsənova deyir ki, hüquq fakültəsinə daxil olub, hakim olmaq istəyir: "Arzum ədalətli hakim olmaqdır".

Şahxanım Həsənova şəkil çəkdirməyi də sevmir. Onun atası Aydın Həsənov sürücü, anası Şərafət Həsənova isə xadimə işləyir.



OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...