Azərbaycan nümayəndə heyəti Britaniya Kraliçası ilə görüşdü (FOTOLAR)

Azərbaycan nümayəndə heyəti Britaniya Kraliçası ilə görüşdü (FOTOLAR)
Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə xalqımızın dünya atçılığına bəxş etdiyi xüsusi at cinsi olan Qarabağ atları Dövlət Sərhəd Xidmətinin "Süvarilər” atlılar dəstəsinin təqdimatında Britaniya Kraliçası II Elizabetin doğum günü ərəfəsində təşkil olunan "Royal Windsor Horse Show” adlı tədbirdə möhtəşəm şou proqramla çıxış edib. 


Qaynarinfo xəbər verir ki, şounun tərkib hissəsi olaraq 24 nəfərdən ibarət "Sərhədçi” rəqs qrupu, "Natiq Ritm Qrupu”, rəssamlar və fakirlər də meydanda ölkəmizi təmsil etdilər "Royal Windsor Horse Show” atçılıq tədbiri bu il 75 illik yubileyini qeyd edir. "Land of Fire - Azerbaijan” adı ilə təqdim olunan xüsusi proqram yarış izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.




Azərbaycanın bu tədbirdəki ilk iştirakından etibarən bütün dünya vətənimizin igidlik və məğrurluq rəmzlərindən biri olan Qarabağ atına valeh olub. Təsadüfi deyil ki, Kraliçaya aid "Windsor” qəsri 1956-cı ildə ilk Qarabağ atı – "Zaman” ilə tanış olmuşdur. Həmin il məhz II Elizabetə hədiyyə olunan Qarabağ atı Böyük Britaniyaya Azərbaycanın qədim atçılıq mədəniyyətini ilk dəfə tanıdıb.
 

Bütün tamaşaçıları heyran etmiş "Odlar Yurdu – Azərbaycan” adlı kompozisiyada Azərbaycan Respublikasının əməkdar artisti Natiq Şirinovun rəhbərliyi ilə "Natiq” ritm qrupunun ecazkar müşayiətinin sədaları altında məşqçi Azər Həmzəyevin rəhbərliyi ilə Qarabağ atlarının belində inanılmaz və möhtəşəm igidlik hərəkətləri icra edən Dövlət Sərhəd Xidmətinin 20 süvarisi, xoreoqraf, Azərbaycan Respublikasının əməkdar artisti Nailə Məmmədzadənin rəhbərliyi ilə "Sərhədçi” rəqs ansamblı, alov püskürən fakirlər qrupu və iki gənc rəssam iştirak etmişlər. 12 dəqiqə davam edən bu şounun quruluşçu rejissoru Azərbaycan Respublikasının əməkdar artisti Nicat Kazımovdur. 



12 may 2018-ci il tarixində Atçılıq Federasiyasının nümayəndə heyəti Böyük Britaniya taxt-tacının sahibi, Ülyahəzrət Kraliça II Elizabetlə görüşmüş və tuncdan hazırlanmış Qarabağ atı heykəlini Azərbaycan nümayəndə heyəti adından rəsmi hədiyyə olaraq təqdim edib.
 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...