Xəstəxanada robotlar gecə növbəsində işləyəcək
19:00 / 12.05.2018
4389
Yaponiyanın Nagoya Universitetinin xəstəxanasında fevraldan etibarən gecə növbəsində artıq robotlar xidmət göstərəcək.
"Toyota” şirkətinin xəstəxana üçün xüsusi hazırladığı robotlar xəstələrə dərman verəcək, tibb bacılarına ləvazimatların daşınmasında və çatdırılmasında kömək edəcək. Xəstəxananın mərtəbələri arasında da hərəkət edəcək robotların axşam saat 5-dən səhər saat 8-dək xidmət göstərməsi planlaşdırılır.
Hər biri 90 litrlik dolaba sahib olan robotlar insanlarla qarşılaşdıqları zaman nəzakətlə davranacaq. Bununla da tibbi heyətin xəstəxanadakı iş yükü azalacaq və bir sıra problemlər aradan qalxacaq.