Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əsas dəyişiklik AÇIQLANDI

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əsas dəyişiklik AÇIQLANDI
"Bu il də müəllimlərin işə qəbulu üzrə müsabiqədə dəyişikliklər olacaq”.

Sfera.az-ın xəbərinə görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.

O bildirib ki, müəllimlər işə qəbulu üzrə müsabiqədə göstərilən nəticə 2 tədris ilində öz qüvvəsini saxlayacaq: "Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əsas ciddi dəyişiklik budur. Əsas mütərəqqi dəyişikliklər müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqədə müşahidə olunur”.

M. Camalzadənin sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə namizədlərə 60 test tapşırığı təqdim edilir: "Həmin test tapşırıqlarının 40-ı namizədin öz ixtisasına, 10 test tapşırığı metodika və təhsil strategiyalarına, digər 10 tapşırıq isə məntiqə dair olur”.

O vurğulayıb ki, müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı xüsusi məhdudiyyət yoxdur.(APA)

OXŞAR XƏBƏRLƏR

Zooparkdakı heyvanlar zəlzələyə reaksiyaları ilə təəccübləndirdilər - VİDEO

Aprelin 14-də San Dieqo zooparkında 5,2 bal gücündə zəlzələ baş verən zaman ziyarətçilər və zoopark işçiləri çox təsirli hadisənin şahidi olublar. Belə ki, bölg...

Pinqvin helikopter qəzasına səbəb oldu - FOTOLAR

Cənubi Afrikanın Quş adasında helikopter qəzaya uğrayıb. Karton qutuda olan pinqvin helikopterin qəzaya uğramasına səbəb olub.   Sfera.az bildirir ki...

Siyasətçi 14 il qadınları gizli kameralarla izləyib

Böyük Britaniyada gündəm qalmaqallı hadisə ilə çalxalanıb. Belə ki, keçmiş britaniyalı siyasətçi qadınlara aşağı qiymətə kirayə verdiyi mülklərə gizli kameralar...

Niyə hollandiyalılar evlərində pərdələrdən istifadə etmirlər?

Əgər siz nə vaxtsa Hollandiyanın küçələrini gəzmisinizsə və ya orada çəkilmiş sənədli filmə baxmısınızsa, bu, mütləq diqqətinizi çəkib. Pəncərələrin arxasında p...

Niyə qatarlarda təhlükəsizlik kəmərləri yoxdur?

Demək olar ki, qatarla səyahət edən hər kəs kresloda oturmaq, rahat ayağa qalxmaq və istədiyi kimi səyahət etmək həzzini yaşayıb. Qatarlarda təhlükəsizlik kəmər...

Daha iki futbolçu "Qarabağ"ı tərk edir

"Qarabağ"da növbəti ayrılıqlar yaşanacaq.   Daha iki futbolçunun komandanı tərk edəcəyi dəqiqləşib.   Ağdam təmsilçisi Amin Rama...