Gömrükdə narkotik belə tapıldı - VİDEO

Gömrükdə narkotik belə tapıldı - VİDEO
İrandan gələn Azərbaycan vətəndaşı Elnur Əhədovun idarə etdiyi "Qaz-3110" markalı, 10-RS-660 dövlət nömrə nişanlı minik avtomobilindən külli miqdarda narkotik vasitə aşkar edilib.

Sfera.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, baxışdan öncə, sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Sonra nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb.

Yoxlama zamanı, xidməti it avtomobilin alt hissəsinə reaksiya verib və daha sonra minik maşını əsaslı yoxlanılıb. Nəticədə, maşının alt hissəsində gömrük nəzarətindən gizlədilmiş, hər biri ayrı-ayrılıqda şəffaf sellofana bükülmüş, ümumi sayı 130 ədəd yumru və uzunsov formalı bükümlər aşkar edilib.

Gömrük yoxlaması tam başa çatdıqdan sonra isə 94 ədəd bükümdə qablaşdırılması ilə birlikdə çəkisi 3000 qram olan narkotik vasitə - həşiş, 36 ədəd bükümdə isə qablaşdırılması ilə birlikdə çəkisi 500 qram olan narkotik vasitə - tiryək olduğu müəyyənləşib.

Faktla bağlı cinayət işi başlanıb və zəruri istintaq tədbirləri davam etdirilir.



OXŞAR XƏBƏRLƏR

Prezident ECO-nun Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən sosial şəbəkə hesablarında paylaşım edilib...

Gün sizdən yanadır - Bu bürclərin DİQQƏTİNƏ

Bu gün səmada hərəkətlilik var. Günün əsas astroloji hadisəsi Ayın Şir bürcündə hərəkət etməsidir ki, bu da cəsarət, özünüifadə və yaradıcılıq enerjisini güclən...

Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib

3 iyul 2025-ci il tarixində saat 19:00-da Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib. Sfera.az bildirir ki, iclasda məşqçi-müəlliml...

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ

Avro sürətlə dəyər qazanır. Bu da beynəlxalq aləmdə ciddi narahatlıq doğurur. Məsələn Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri avronun sürətlə bahalaşmasının inf...

Ərdoğan Xankəndiyə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə i...

Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO

Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.   Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sənətçi 75 yaşında yaşadığı Şirvan şəhərində d...