Bitcoin tezliklə 20 min dolları keçəcək!

Bitcoin tezliklə 20 min dolları keçəcək!
Tanınmış Bitcoin mütəxəssisi və "eToro” analitiki Mati Qrinspan Bitcoin-in gələcəkdə 20 min dolları keçəcəyini söyləyib. Qrinspan Bitcoin-in öz rekordundan sonra düzəltmə etməsini də təbbi sayır.

O, ani yüksəlişlərdən sonra düzəlişlərin gəldiyini deyib:

"Bu, falçılıq deyil, 20 min dollardan sonrakı enişin qanuni tənzimlənmə qorxusu olduğunu düşünmürəm. Bu azalma normal düzəltməydi. Eyni vəziyyət 0.08 dollardan 3.50 dollara çatanda da baş vermişdi. Bitcoin 1 il əvvəlki qiymətindən 6% bahadır”.

Əksər analitik 20 min dollardan 6 min dollara qədər olan enişin 2014-cü ildə yaşanan enişə bənzər olduğunu dilə gətirir. Həmin vaxt Bitcoin 80% dəyər itirmişdi. Enişdə "Mt Gox”-un kiberhücuma məruz qalmasının da təsiri olduğu deyilirdi. Ancaq indi kriptovalyuta bazarı fərqli durumdadır və günlük əməliyyat həcmi 30 milyard dollara çatıb. İnstitusional investorlar və ekosistemin getdikcə böyüməsi bazarın inkişafını təmin edir.

Yaxın zamanda ən böyük investisiya banklarından biri olan "Goldman Sachs” kriptovalyuta ticarəti xidməti təqdim edəcəyini açıqladı. Şirkət idarəçilərindən Rana Yared kriptovalyutalara məsafəli dayanmağa çalışdıqlarını, ancaq artan tələb qarşısında bunu etməyə məcbur olduqlarını söyləyib.

Bütün zamanların ən yüksək dəyəri

Qrinspan, milyarder Mayk Novoqratz, "Pantera Capital” CEO-su Den Morehed və digər bir çox kriptovalyuta investoru Bitcoin-in ən yüksək qiymətinin 2018-ci ildə reallaşmasını gözləyir. Stabilliyin davam etməsi və sürətin artması nəticəsində Bitcoin yenidən 20 min dollara qalxa bilər.(kripto.az)

OXŞAR XƏBƏRLƏR

Pilot İqor Kşnyakin millimizin üzvünün atası imiş - FOTO

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan AZAL-ın pilotu İqor Kşnyakin Azərbaycan millisinin üzvlərinin valideynidir.   Sfe...

C vitamini ilə ürək əzələlərinin bərpası sürətləndiriləcək - TİBDƏ YENİLİK

Seuldakı Koreya Universitetinin bir qrup koreyalı alimi digər hüceyrə növlərini transformasiya edərək ürək toxumasını bərpa etmək üçün texnologiya hazırlayıb.&n...

Bəzi ərazilərə yağış və qar yağır - FAKTİKİ HAVA

Azərbaycanda dekabrın 28-i saat 9:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrom...

"Heç bir sirr yoxdur, təyyarəni izi itirmək üçün Aktauya göndərdilər" - Rus deputat

"Təyyarənin niyə Aktauya uçmasında heç bir sirr yoxdur".   Sfera.az axar.az-a istinadən xəbər verir ki, bunu keçmiş rusiyalı deputat, polit...

Avtomobil yük maşınına çırpıldı - ÖLƏNLƏR VAR

Beyləqanda ağır yol qəzası baş verib.   Sfera.az xəbər verir ki, Şirvan şəhər sakini 1980-ci il təvəllüdlü Elşən Səfərovun idarə etdiyi “KamAZ&...

Çin və İran XİN başçıları Pekində görüşüb

Çinin xarici işlər naziri Van İ dekabrın 27-də Pekində İran XİN-in başçısı Abbas Əraqçi ilə görüşüb.   Sfera.az xəbər verir ki, məlumatı İRNA ya...