Mikayıl Cabbarov yeni departamentə rəhbər təyin etdi

Mikayıl Cabbarov yeni departamentə rəhbər təyin etdi
Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə rəhbər təyin edilib.

Sfera.az bildirir ki, Azər Oqtay oğlu Məmmədov Vergilər Nazirliyi yanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə baş direktor təyin edilib. O, bu təyinatadək Dövlət Gömrük Komitəsində çalışıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2015-ci ilin yanvarın 28-də imzaladığı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında" sərəncam ilə gömrük xidməti polkovniki  Azər Məmmədov 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə Vergilər Nazirliyində yeni struktur - Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsidir.(APA)

OXŞAR XƏBƏRLƏR

Kamaləddin Qafarov: “Özbəkistan bizim üçün dost və qardaş ölkədir”

“Bu gün Azərbaycan-Özbəkistan münasibətləri ən yüksək səviyyədə uğurla inkişaf etməkdədir. Məlum olduğu kimi, keçən il Daşkənddə Azərbaycan Prezidenti cən...

Milli Məclisin iclası başladı

Milli Məclisin növbədənkənar sessiyası üzrə  2025-ci il 4 iyul tarixli plenar iclası keçirilir.    Sfera.az xəbər verir ki, spiker Sah...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü - FOTO

İyulun 3-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci zirvə toplantısı çərçivəsində Pak...

Emin Əbilov bu komandaya baş məşqçi təyin edildi

Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akademiyası"na yeni baş məşqci təyin edilib.   Sfera.az xəbər verir ki, manset.az-ın məl...

Əməkdar artist: “10 yaşımdan alverlə məşğul olmuşam”

Əməkdar artist Ruhəngiz Allahverdiyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, uşaq yaşlarını yada salan mü...

Prezident ECO-nun Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən sosial şəbəkə hesablarında paylaşım edilib...