Sürüşmə davam etsə, Bakı-Sumqayıt yolu dağılacaq - RƏSMİ

Sürüşmə davam etsə, Bakı-Sumqayıt yolu dağılacaq -  RƏSMİ
Əgər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında baş vermiş sürüşmə davam etsə, Bakı-Sumqayıt yolu da dağılacaq.
 
Bu barədə Milli.Az-a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəflideyib. 
 
Onun sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında sürüşmənin baş verdiyi ərazi "Azəryolservis"in balansında deyil. Hələlik sürüşmə Bakı-Sumqayıt yoluna ciddi təsir göstərməyib və nəqliyyat vasitələrinin yolla hərəkətinə heç bir qadağa qoyulmayıb: "Buna baxmayaraq, baş verən sürüşmə yol üçün böyük təhlükə törədir. Ona görə də hər ehtimala qarşı ərazidə bəzi qabaqlayıcı tədbirlər görülüb ki, sürüşmə yola təsir etməsin. Sürüşmə nəticəsində əmələ gələn çatların üstü asfaltla örtüldü ki, yağış yağarsa, su axıb sürüşməni sürətləndirməsin".  
 
"Azəryolservis" rəsmisi bildirib ki, hələlik hadisə ilə bağlı araşdırmalar davam edir: "Məsələ ilə bağlı yekun rəyi Fövqəladə Hallar Nazirliyi verməlidir. FHN səbəbləri və təhlükənin dərəcəsini açıqladıqdan sonra işimizi ona əsasən quracağıq. Böyük ehtimalla, orada yarğan sökülüb, ərazidə bərkitmə işləri aparılacaq". 
 
Qeyd edək ki, dünən, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Trend-ə bildirib ki, Bakı Avtovağzal Kompleksinin qarşısında baş verən sürüşmə, çökmənin əhatə dairəsi genişlənə bilər.
 
Onun sözlərinə görə, əgər yağış yağarsa, sürüşmə, çökmə ərazilərinin sahəsinin böyüyəcəyi ehimal edilir. Hadisənin ilkin səbəbinin isə həmin yerə yaxın ərazidə suvarılma işlərinin aparılması, atmosfer çöküntülərinin artıq olması güman edilir.
Nazirlik rəsmisinin sözlərinə görə, əvvəllər həmin ərazidə müəyyən problemlər olub, lakin əlavə təsirlər ərazidə qeyd edilən hadisənin baş verməsinə səbəb olub.
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“Rusiya-Ukrayna savaşı eynilə II Dünya müharibəsini xatırladır” - VİDEO

“Rusiya – Ukrayna cəbhəsində hadisələr öz məntiqi ilə davam edir. Son 30 ildir ki, dünyanın müxtəlif bölgələrində gərginlik hökm sürür. Burada Sovet...

Azərbaycanın üzvlüyü D-8 təşkilatına nə qazandıracaq? - AÇIQLAMA

Dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respubl...

Azərbaycan noutbuk istehsalını 3 dəfə ARTIRDI - RƏQƏMLƏR

Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsal həcmi 2024-cü ilin ilk 11 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artıb. &...

TƏBİB-in 131 əməkdaşı cəzalandırıldı

Bu ilin 11 ayı ərzində daxil olmuş şikayətlərin araşdırılması istiqamətində tibb müəssisələrində 32 yerində yoxlama həyata keçirilib.   Sfera.az xəbə...

Məşhur aktrisa evlənir - FOTO

Türkiyəli məşhur aktrisa Ezgi Şenler şəxsi həyatı ilə bağlı xoş xəbəri pərəstişkarları ilə paylaşıb.   Sfera.az Türkiyə mətbuatına istinadən xəb...

Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ÖLDÜ

Sumqayıt şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, hadisə dekabrın 20-də şəhərin Heydər Əliyev prospketində q...