İKTA yazı müsabiqəsi elan edir

İKTA yazı müsabiqəsi elan edir

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Rəqəmsal dövrdə internet xidmətlərinin tənzimlənməsi” yazı müsabiqəsini elan edir.

 

Sfera.az xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd ölkəmizdə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin mövcud statusu barədə media nümayəndələrinin, ekspertlərin, eləcə də geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsidir. Müsabiqə aşağıdakı mövzuları əhatə edəcək: 

 

  1. “Telekommunikasiya sahəsində tənzimləyici çərçivə və informasiya təhlükəsizliyi məsələləri”; 

  2. “İnternet telekommunikasiya infrastrukturundan istifadə imkanları, məlumatların əlçatanlığı və şəffaflığı”; 

  3. “İnternetin xidmət keyfiyyətini müəyyən edən göstəricilər, sahə üzrə elektron xidmətlərin əlçatanlığı”.

 

Təqdim ediləcək yazıların hazırlanması zamanı iddiaçılar “İnternet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili”ndən yararlana bilərlər.

 

Qaliblərin və aktiv iştirakçıların müvafiq mükafat və diplomlarla təltif olunmaları nəzərdə tutulur. Müsabiqə şərtləri ilə //icta.az/competition linkindən tanış olmaq və qeydiyyatdan keçmək olar.

 

Müsabiqədə iştirak üçün 30 dekabr 2024-cü il saat 18:00-dək qeydiyyatdan keçmək mümkündür. Qeydiyyatdan keçən iddiaçılardan yazıların qəbulu üçün son tarix 31 yanvar 2025-ci il saat 18:00 müəyyən edilib.

 

İKTA mövzular ətrafında yaranacaq sualların şərhi və izahı üçün qeydiyyatdan keçmiş iştirakçılara əlavə təlimlərin keçirilməsini planlaşdırır. Müsabiqənin detalları barədə əlavə məlumat almaq üçün İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) media ilə əlaqə üzrə məsul əməkdaşı Tural İbadlı ilə ([email protected], 012 498-11-22) əlaqə saxlamaq olar.

 

Müsabiqəyə təqdim edilən yazılar İKTA əməkdaşlarından və müstəqil ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qalibləri İKTA tərəfindən təqdim edilən mükafat və qiymətli hədiyyələr gözləyir. 


OXŞAR XƏBƏRLƏR

Bu yollarda hərəkət çətinləşib

Bakının bəzi yollarında nəqliyyatın hərəkəti çətinləşib.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) isti...

Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeo...

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir

Bu gündən Azərbaycanla Çin arasında viza rejimi ləğv edilir.   Sfera.az xəbər verir ki, viza rejiminin ləğvi Azərbaycan Prezidenti İlham Əliyevin Çin...

Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir

2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan gözlənilən qapıları açacaq. Uzun müddət gözləyən, zəhmət çəkən, lakin qarşılığını ala bil...

MMA döyüşçüsü güllələndi - VİDEO

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.   Sfera.az bildirir ki, atışma Mahaçq...

Rusiyada VPN xidmətlərindən istifadəyə görə cərimə tətbiq edilib

Rusiya Dövlət Dumasının müvafiq komitəsi internetdə “bilərəkdən ekstremist məlumatların” axtarışına, o cümlədən VPN xidmətlərindən istifadəyə görə 5...