İyunun 19-da TANAP-ın açılış mərasimi keçiriləcək
İqtisadiyyat
13:43 / 02.05.2018
2114
Bu ilin iyun ayının 19-da Trans-Anadolu qaz kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək.
Sfera.az bildirir ki, bu barədə SOCAR-ın İnvestisiyalar Departamentinin rəhbəri Vaqif Əliyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan qazının TANAP qaz kəməri ilə nəqlinə tədarükünə başlanması mərasimi iyulun əvvəlinə planlaşdırılıb. "İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcək. Ötən həftə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan arasında keçirilən görüş zamanı iyunun 19-da TANAP-ın işə salınması mərasiminin keçirilməsinə dair qərar qəbul olunub”, - deyə V.Əliyev vurğulayıb.
Qeyd edək ki, "Şahdəniz-2” layihəsi çərçivəsində TANAP ilə illik 16 mlrd. Azərbaycan qazı nəql olunacaq. Bunun 6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri Avropaya nəql ediləcək.(Apa)