FES-in qərarları Azərbaycan manatına təsir edirmi? - Ekspertdən CAVAB
09:55 / 02.05.2018
3575
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) qərarları Azərbaycan manatının məzənnəsinə tədricən daha az təsir edir.
Bu barədə Trend-ə iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.
Ekspert qeyd edib ki, nizamlayıcının növbəti iclası çərçivəsində müzakirə olunacaq əsas faiz dərəcəsinin artırılması, dünya bazarları üçün gözlənilməz olmayacaq: "FES 2018-ci ildə əsas dərəcəsini ən azı üç dəfə artırmaq niyyətini artıq bəyan edib. Bu cür açıqlamadan sonra növbəti iclasda faiz dərəcəsinin artırılması aydın səmada göy gurultusu olmayacaq. ABŞ iqtisadiyyatı ilə bağlı olan, dünya iqtisadiyyatlarının əksəriyyəti demək olar ki, öz makroiqtisadi siyasətini harmonizasiya edib və adaptasiya olub. Əsasən bu milli valyutalarda üzən məzənnə tətbiq edilməsidir, bu isə öz növbəsində bir az makroiqtisadi sabitliyi qorumağa imkan verir. ABŞ-ın əsas dərəcəni artırmasının əmtəə-xammal bazarlarına təsirinə gəldikdə isə bu sirr deyil, və bir çox kotirovkalarda uçot dərəcəsinin artırılması imkanları yaradılır. Ona görə də mən bazarlarda böyük konyuktur dəyişikliklər gözləmirəm".