FES-in qərarları Azərbaycan manatına təsir edirmi? - Ekspertdən CAVAB

FES-in qərarları Azərbaycan manatına təsir edirmi? - Ekspertdən CAVAB
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) qərarları Azərbaycan manatının məzənnəsinə tədricən daha az təsir edir.

Bu barədə Trend-ə iqtisad elmləri doktoru Müslüm İbrahimov deyib.

M.İbrahimov bildirib: "Hazırda ölkədə üzən məzənnə rejimi tətbiq olunur, amma eyni zamanda bu rejim dövlətin təhlili və müəyyən nəzarəti altındadır. Buna görə də biz manatın məzənnəsinin enib-qalxmasına reaksiya verə bilirik. Bundan əlavə, hazırda Türkiyə ilə hesablaşmaları milli valyutaya keçirmək məsələsi müzakirə olunur, bu isə öz növbəsində FES-in qərarlarının manatın məzənnəsinə təsirini azaldacaq".

Ekspert qeyd edib ki, nizamlayıcının növbəti iclası çərçivəsində müzakirə olunacaq əsas faiz dərəcəsinin artırılması, dünya bazarları üçün gözlənilməz olmayacaq: "FES 2018-ci ildə əsas dərəcəsini ən azı üç dəfə artırmaq niyyətini artıq bəyan edib. Bu cür açıqlamadan sonra növbəti iclasda faiz dərəcəsinin artırılması aydın səmada göy gurultusu olmayacaq. ABŞ iqtisadiyyatı ilə bağlı olan, dünya iqtisadiyyatlarının əksəriyyəti demək olar ki, öz makroiqtisadi siyasətini harmonizasiya edib və adaptasiya olub. Əsasən bu milli valyutalarda üzən məzənnə tətbiq edilməsidir, bu isə öz növbəsində bir az makroiqtisadi sabitliyi qorumağa imkan verir. ABŞ-ın əsas dərəcəni artırmasının əmtəə-xammal bazarlarına təsirinə gəldikdə isə bu sirr deyil, və bir çox kotirovkalarda uçot dərəcəsinin artırılması imkanları yaradılır. Ona görə də mən bazarlarda böyük konyuktur dəyişikliklər gözləmirəm".
 

Qeyd edək ki, mart ayının sonunda FES-in rəhbərliyi əsas faiz dərəcəsinin 1,5-1,75 faizə qədər artırılması qərarı qəbul edib. FES-in növbəti iclası mayın 2-3-ü baş tutacaq.
 

OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...