Bakıda qadın rəfiqəsini ölümcül döydü
Cəmiyyət
21:36 / 09.10.2015
1686
Faktla əlaqədar araşdırmalar aparılır.
Bakının Nəsimi rayonunda rəfiqələr arasında mübahisə qanlı sonluqla nəticələnib.
Sfera.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə rayon ərazisindəki kafelərdən birində baş verib.
45 yaşlı Xatirə Babayeva işlədiyi kafedə rəfiqəsi tərəfindən döyülüb. Çoxsaylı sınıq xəsarətləri alan yaralı xəstəxanaya gətirilib.
Həkim Xatirə Babayevanın vəziyyətinin ağır olduğunu bildirib.
Hadisə barədə polisə məlumat verilib.
Faktla əlaqədar Nəsimi Rayon Polisi İdarəsində araşdırmalar aparılır.