“Kəpəz”in legionerinin içkidən ürəyi getdi

“Kəpəz”in legionerinin içkidən ürəyi getdi
"Kəpəz”in düşərgəsində xoşagəlməz hadisə baş verib. Son vaxtlar qalmaqalların səngimədiyi Gəncə klubunda bu dəfə "diqqət mərkəzi”nə Dieqo Souza düşüb.

Sfera.az futbolpress.az-a istinadən xəbər verir ki, "Kəpəz”ə gəlişindən bəri istənilən səviyyədə çıxış etmədiyinə görə tənqid olunan baziliyalı spirtli içkiyə görə problem yaşayıb. Gecə yaxşıca əylənən və alkoqola sərhəd qoymayan Dieqo bunun acısını ertəsi gün yaşayıb.

İki gün öncə zədəsinə görə klubun həkiminə gedən futbolçunun spirtli içkilərin təsirindən hətta ürəyi də gedib. Ancaq xoşbəxtlikdən braziliyalını birtəhər özünə gətirmək mümkün olub.

Dieqonun belə intizamsızlığına görə cəzalanacağı gözlənilir.

Qış fasiləsində "Kəpəz"ə cəlb olunan Souza Gəncə klubunda 7 oyun keçirib.

OXŞAR XƏBƏRLƏR