“Natiq Əliyev” və “Bozdag”a həbs qoyuldu

“Natiq Əliyev” və “Bozdag”a həbs qoyuldu
Rusiyanın "Lukoil” şirkətinin törəmə şirkəti olan "Litasco” Mübariz Mənsimovun "Palmali Shipping” şirkətinə məxsus iki neft tankerini həbs edib.

Sfera.az bildirir ki, tankerlərdən birinə Danimarkanın "Aalbaek Bay” limanında bir neçə gün əvvəl həbs qoyulub. Digər tanker isə Estoniya limanlarından birində saxlanılıb. Tankerlərin "Litasco”ya olan bunker ödəmələri borcuna görə həbs edildiyi bildirilir. Danimarka limanında saxlanılan tanker Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin adını daşıyır. Estoniya limanında saxlanılan isə 2002-ci ildə inşa edilən "Bozdag” tankeridir.

"Litasco” şirkəti tankerlərə həbs qoyulmasını şərh etmir. Danimarka limanında saxlanılan tankerin ekipajı 12 nəfərdən ibarətdir və onlar Rusiya vətəndaşlarıdır.

Bu ilin əvvəllərində məlum olmuşdu ki, Mübariz Mənsimov "Litasco” şirkətinin əleyhinə London məhkəməsində iddia qaldırıb və 2 milyard dollar təzminat tələb edir. Mənsimov bildirir ki, "Lukoil” "Palmali” şirkəti ilə neftin daşınmasına dair 10 illik müqavilə bağlayıb. Lakin daha sonra müqaviləni pozub və onun şirkətini milyardlarla dollar zərərə salıb.(Virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...

Ərdoğandan Putinə Azərbaycanla bağlı mühüm mesajlar

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb. - Türkiyə baş verənləri yaxndan izləyir və ...

Fəhlənin faciəvi şəkildə öldüyü şirkət nöqsanları aradan qaldırmadı - CƏRİMƏLƏNDİ

Binəqədi rayonunda fəaliyyət göstərən metal məmulatlarının istehsalı şirkətindəki ölüm hadisəsinə görə aparılan araşdırmanın nəticəsi bilinib. Hadisənin baş ver...

Məktəbəhazırlıq təhsili məcburi olacaq? - RƏSMİ

“Məktəbəqədər təhsil haqqında” Qanuna əsasən, məktəbəhazırlıq 5 yaşlı uşaqlar üçün zəruri hesab edilir. Bu baxımdan məktəbəhazırlıq təhsilinin məcbu...