“Sümükqıran Frenk əfsanə Yemelyanonkoya qarşı - SUPERDÖYÜŞ

“Sümükqıran Frenk əfsanə Yemelyanonkoya qarşı - SUPERDÖYÜŞ
29 apreldə ABŞ-ın Baltimor şəhərində ağır çəkili  qaydasız döyüşçülərin yarışdığı "Bellator 198” turniri keçiriləcək.

Sfea.az xəbər verir ki, turnirin əsas döyüşü rus əfsanə Fyodor Yemelyanenko və Frenk Mir arasında olacaq.

Yemelyanenkonu hamı tanıyır, bəs Frenk Mir kimdir? 

Bu 38 yaşlı qaydasız döyüşçü öz sərt xarakteri ilə tanınır. Rinqdə rəqiblərə amansızlığı ilə fərqlənir. "Sümükqıran”  ləqəbi də boşuna verilməyib. Frenk Mir  braziliya cui-citsusu üzrə qara kəmər sahibidir. Bir çox rəqiblərin ağrıdıcı fəndlə məğlub edib. Karyerasının əvvəlində bir-iki rəqibin qolunu sındırıb.
Ümumilikdə, 18 qələbəsi var. Onlardan 9-nu ağrıdıcı fəndlə yekunlaşdırıb.

İlqar
Sfera.az

OXŞAR XƏBƏRLƏR