Oğuzda uşaq bağçasında uçqun oldu

Oğuzda uşaq bağçasında uçqun oldu
Oğuz rayonunda körpələr evi-uşaq bağçasının binasında uçqun olub.

Sfera.az "Apa"ya istinadən bildirir ki,  bu gün səhər saat 08 radələrində Təhsil Nazirliyinin Oğuz rayon Təhsil Şöbəsinin nəzdində olan  Calut kənd körpələr evi-uşaq bağçasının inzibati binasının arxa divarında uçqun baş verib.

Uçqun baş verən zaman ərazidə uşaqlar olmayıb.

Calut kənd bələdiyyəsindən verilən məlumata görə, bina ötən əsrin 60-cı illərində inşa edilib, 40 ildən çoxdur ki, binada körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. 

Bina son illər qəzalı vəziyyətə düşüb. Hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb.

OXŞAR XƏBƏRLƏR