Rusiyada azalır, ABŞ-da artır - NEFT HASİLATI

Rusiyada azalır, ABŞ-da artır - NEFT HASİLATI
ABŞ-ın gündəlik neft istehsalı 10,6 milyon barrelə yaxınlaşır.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 46 min barrel artaraq 10,59 milyon barrelə çatıb. Bu, ölkə tarixində neft hasilatının ən yüksək göstəricisidir. Ölkənin xam neft istehsalı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel olub.

ABŞ-ın gündəlik neft hasilatı son 15 həftənin 14-də artım göstərib. Bu göstərici ilə ABŞ gündəlik neft hasilatına görə dünya lideri olub.

Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə gündəlik 539 min barrel artaraq 8,47 milyon barrel olub. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə gündəlik 582 min barrel çoxalaraq 2,33 milyon barrel təşkil edib.

Rusiyanın Federal Statistika Xidmətinin ("Rosstat”) məlumatına görə, fevral ayında Rusiyanın neft istehsalı əvvəlki ayla müqayisədə 9,5 faiz azalaraq gündəlik 9,53 milyon barrelə düşüb. 2017-ci il fevral ayından etibarən ard-arda 11 ay ərzində dünyanın ən çox neft istehsal edən ölkəsi olan Rusiya fevral ayında gündəlik 9,98 milyon barrel neft çıxaran Səudiyyə Ərəbistanından geridə qalıb.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, tezliklə ABŞ dünyanın ən böyük xam neft istehsalçısı olacaq.

EIA-nın proqnozuna görə isə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq 10,7 milyon barrelə, gələn il isə 11,4 milyon barrelə çatacaq.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Pezeşkianla Xankəndi görüşündə divarda asılan xalçanın mesajı

Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşündə diqqət çəkən bir məqam var: Divarda asılan xalça. Bu xalça türk coğrafiyasında ortaq mədəni kodlara işa...

Azərbaycanın üç boksçusu Dünya Kubokunda medallar qazandı

Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.   Sfera.az xəbər verir ki, yarımfinalda rəq...

Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

Vətən müharibəsi iştirakçısı Sübhan Hüseynov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.   Belə k...

Bu türk ölkəsinin hərbçiləri Azərbaycanda... FOTO

Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri (HHQ) arasında keçiriləcək "Tərlan - 2025" birgə taktiki-uçuş təlimində iştirak etmək üçün Qazaxıstandan...

Serbiyada etiraz aksiyası: 107 nəfər saxlanıldı

Bu gün Serbiyanın Belqrad və Zrenyanin şəhərlərində icazəsiz etiraz aksiyaları keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Serbiya Daxili İşlər N...

İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb

Ermənistanın paytaxtı İrəvanda naməlum şəxs polis avtomobilini oğurlayaraq qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb...